
Almaniya Futbol Assosiasiyası (DFB) Almaniya milli komandasının UEFA Millətlər Liqasının qarşıdan gələn oyunları üçün heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, yeni baş məşqçi Yürgen Klopp ilk seçimində iki fərqli heyət tərtib edib.
Birinci heyət Niderland və Yunanıstanla ev, ikincisi isə Serbiya və Yunanıstanla səfər oyunları üçün çağırılacaq.
Almaniya millisinin Niderland və Yunanıstanla ev oyunları üçün heyəti:
Qapıçılar: Finn Damen, Aleksander Nübel, Mark-Andre ter Stegen.
Müdafiəçilər: Hennes Berens, Yann Aurel Bissek, Nataniel Braun, Maks Rozenfelder, Niko Şlotterbek, Conatan Ta, Filip Treu, Yoşa Vaqnoman.
Yarımmüdafiəçilər: Nadiem Amiri, Bambase Konte, Yannik Engelhardt, Krris Fyürxix, Serj Qnabri, Lennart Karl, Yozua Kimmix, Camal Musiala, Feliks Nmeça, Kevin Şade, Anton Ştax.
Hücumçular: Yunes Ebnutalib, Kay Havertz.
Almaniya millisinin Serbiya və Yunanıstanla səfər oyunları üçün heyəti:
Qapıçılar: Noa Atubolu, Finn Damen, Yonas Urbiq.
Müdafiəçilər: Valdemar Anton, Ridle Baku, Finn Yelç, Maksimilian Mittelştedt, David Raum, Malik Tiav.
Yarımmüdafiəçilər: Karim Adeyemi, Mika Baur, Tom Bişof, Said El Mala, Brayan Qruda, Vitali Yanelt, Feliks Kaydel, Aleksandar Pavloviç, Derri Şerhant, Florian Virts.
Hücumçular: Conatan Burhardt, Nik Voltemade.
Qeyd edək ki, A Liqasında 2-ci qrupda yer alan Almaniya millisinin oyunlarının təqvimi belədir:
24 sentyabr: Niderland – Almaniya
27 sentyabr: Almaniya – Yunanıstan
1 oktyabr: Almaniya – Serbiya
4 oktyabr: Yunanıstan – Almaniya
13 noyabr: Serbiya – Almaniya
16 noyabr: Almaniya – Niderland
Mirağa