
Misli Premyer Liqasının 6-cı turunda "İmişli"ni qonaq edəcək "Sabah"ın heyəti ilə bağlı son vəziyyət bəllidir.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib.
"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Xəyal Əliyev və Stiv Solvet "İmişli" ilə oyunda komandaya kömək edə bilməyəcək".
Qeyd edək ki, "Sabah" - "İmişli" görüşü sentyabrın 19-da keçiriləcək. "Bank Respublika Arena"da reallaşacaq qarşılaşmanın start fiti 19:45-də səsləndiriləcək. Hazırda 12 xalı olan "bayquşlar" turnir cədvəlinin 1-cü, 4 xala malik "İmişli" isə 9-cu pilləsində qərarlaşıb.
Mirağa