
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, yoldaşlıq oyunu çərçivəsində baş tutacaq görüş sentyabrın 23-də 8-ci km stadionunda keçiriləcək.
Azərbaycan – Tacikistan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:
Tacikistan milli komandası
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər 8-ci km stadionunda keçiriləcək.