
“Şəfa” Misli Premyer Liqasının 6-ci turunda “Qarabağ”ın qonağı olub.
Fanat.Az xəbər verir ki, 0:1 hesablı məğlubiyyət yaşayan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
"Oyun bizim üçün penalti epizoduna qədər yaxşı keçdi. "Qarabağ"a real epizod vermirdik. Ən azı 1 xal üçün gəlmişdik. Futbolçularımdan narazı qalmadım".
- Növbəti oyun "Turan Tovuz"a qarşıdır, bu barədə ne deyə bilərsiniz?
"Milli fasilədən sonra olacaq bu matç. Hazırlaşmağa kifayət qədər vaxtımız olacaq. Belə rəqiblərlə matçlarda xal qazanmağa çalışırıq. Komandam bütün rəqiblərə qarşı layıqlı mübarizə aparır".
Kamil Xudiyev