
Türkiyə 1-ci Liqasının 8-ci həftəsində "Bursaspor" səfərdə "Batman Petrolspor"un qonağı olub.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov matça "timsahlar"ın start heyətində başlasa da, qarşılaşmanın 36-cı dəqiqəsində gözlənilmədən əvəzlənərək yerini Barış Gökə təhvil verib.
Baş məşqçi Mustafa Erin ilk hissə bitmədən atdığı bu addım Azərbaycanda və Türkiyə mətbuatında birbaşa diqqət çəkib və birmənalı qarşılanmayıb.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Bursaspor" turnir cədvəlinə liderlik edir.