
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Suer Liqasının 6-cı turunda "Trabzonspor"a 0:4 hesabı ilə uduzduqları oyunda qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Fanatik" Okanın oyundan sonra mətbuat konfransında dediklərini belə çatdırıb:
"Hakimi təhqir etmədim. Epizod barədə soruşdum və o, mənə sarı vərəqə göstərdi. Sonra niyə sarı vərəqə aldığımı soruşdum və o, dərhal məni meydandan qovdu. Hakimə pis bir şey demədim".
Mətbuat konfransında iştirak edən "Qalatasaray"ın köməkçi məşqçisi İrfan Saraloğlu da vəziyyətə münasibət bildirib: "Dördüncü hakim təcrübəli olmalıdır, amma bizim oyunlara yeniləri göndərirlər. Onlar ehtiyat oyunçular skamyasını idarə edə bilmirlər. Okan Burukun dodaq hərəkətlərindən oxuya bilərlər. O, bir kəlmə də hörmətsizlik etmədi. O, yalnız sarı vərəqəyə etiraz etdi. Dördüncü hakim isə baş hakimə məşqçini meydandan qovmağı tapşırdı. Okan dedi ki, "Mən məşqçi meydaçasının içindəyəm, heç nə yoxdur, görmürsən?". Hakim isə bunu "Korsan?" kimi qəbul etdi".
Xatırladaq ki, Okan Buruk oyunun 72-ci dəqiqəsində qovulub. Bundan başqa, əvəzetmədən meydana daxil olan "Qalatasaray"ın yarımmüdafiəçisi Lesli Uqoçukvu da 87-ci dəqiqədə qırmızı vərəqə alıb.
"Trabzonspor"un heyətində Məhəmməd Salah het-trik edib, daha bir qola Saviola imza atıb ki, onun ötürməsini də misirli ulduz edib.
Mirağa