
“Zirə”nin üç legioneri – Anje Mutsinzi, İssa Cibrila və Quima milli komandalarına dəvət alıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Anje Mutsinzi Ruanda, İssa Cibrila Niger, Guima isə Mozambik yığmasının heyətinə çağırılıb.
Mutsinzinin formasını geyindiyi Ruanda millisi sentyabrın 25-də Afrika Millətlər Kubokunun 2027-ci il seçmə mərhələsində Liberiya ilə qarşılaşacaq.
Quimanın formasını geyindiyi Mozambik millisi sentyabrın 25-də səfərdə Seneqalla üz-üzə gələcək.
İssa Cibrilanın çıxış etdiyi Niger millisi sentyabrın 25-də Lesotunu qəbul edəcək.


