
1-ci Liqada 3-cü tur başa çatıb. Komandalar milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə yollanıb. "Şimal"ın çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb fasilə dönəmindəki planları ilə maraqlandıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu fasilə ilə bağlı komandaya üç gün istirahət vermişdik. Dünəndən məşqlərə başlamışıq. Fasilədən yararlanmaq istəyirik. Üç yoldaşlıq görüşümüz var və həmin oyunlarda qüvvəmizi sınayacağıq. Məqsədimiz komandanın oyununu daha da yaxşılaşdırmaqdır. Heyətimizə iki yeni legioner qoşulmalıdır. Demək olar ki, artıq heyətə cəlb olunublar. Müqavilə və digər rəsmi məsələlər tam hazırdır. Növbəti görüşlərdə iştirak edəcəklər. Oyunların keçiriləcəyi dəqiq vaxtlar hələ tam dəqiq deyil. Yalnız sabahkı matçın vaxtı dəqiqləşib. Bakıda, Binə qəsəbəsində saat 16:00-da "Qarabağ"ın U-19 komandası ilə yoldaşlıq görüşümüz olacaq. Növbəti iki oyunun vaxtı dəqiq bilinməsə də, danışıqlar davam edir və tezliklə müəyyənləşəcək. Bir sözlə, hazırlıqlarımızı sürətlə davam etdiririk. Komandamızı daha yaxşı formalaşdırmaq və növbəti oyunlarda uğurlu çıxış etmək istəyirik".
Əlisahib İbrahimli