
İkinci Liqanın debütantı "Xankəndi" baş məşqçisiz qalıb. Mövsümə uğursuz başlayan Qarabağ təmsilçisi Zaur Hacıyevlə yolları ayırmağa qərar verib. Vakant posta namizəd kimi Röyal Nəcəfov və Kamal Quliyevin adı çəkilir.
Klubun meneceri Rəşad Orbey məsələ ilə bağlı Fanat.Az-a danışıb.
Klub rəhbəri yeni baş məşqçi axtarışında olduqlarını etiraf edib:
"Doğrusu, "Xankəndi"də baş məşqçi dəyişikliyi müzakirə mövzusudur. Konkret namizədlərlə bağlı məndə hər hansı məlumat yoxdur. Dediyiniz mütəxəssislərlə bağlı qərar da verilməyib. Onların adının ortaya necə çıxması da mənə maraqlıdır. Mətbuat ehtimallar səsləndirir, amma klub hələ konkret namizədlə bağlı yekun qərar verməyib. Başa düşürük, məsələ tez bir zamanda həll olunmalıdır. Çünki fasilə dövründə komandanın baş məşqçisiz qalması narahatlığı var. Amma köməkçi-məşqçilərimiz məşq prosesini davam etdirəcəklər. Onlar da yerlərindədirlər, işləyirlər. Yaxın günlərdə yeni baş məşqçi təyinatı rəsmən açıqlanacaq".
Mirağa