
Azərbaycan millisi bu gün yoldaşlıq matçında Tacikistan üzərində 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, oyundan sonra Tacikisitan yığmasının baş məşqçisi İqor Anqeloski jurnalistlərin suallarını cavablandırıb:
Azərbaycan millisini qələbə münasobətilə təbrik edirəm. Çətin matç oldu. Rəqibin keyfiyyətli oyunçuları çoxdur. Hər iki tərəfin müəyyən qədər qol epizodları oldu.
-Tacikistan millisi son 8 oyunda uduzmamışdı. Seriya başa çatdı. Buna nə səbəb oldu?
-Komandamız yaxşı oynadı. Qol vura bilmədik. Epizodlarımız oldu. İstifadə etməyi bacarmadıq.
-Şimali Makedoniyanın baş məşqçisi olduğunuz dövrdə qarşılaşdığınız Azərbaycan millisi ilə indiki milli arasındakı fərqlər nələrdir?
-Dünən də bu sual verildi. Müqayisə aparmaq çətindir. Şimali Makedoniyanın baş məşqçisi olmağımdan 6 il keçib. Yeni Azərbaycan oyunçuları var. Azərbaycan D qrupunda olmağa layiq deyil.
-Dünən də bu gün də Azərbaycan millisinin D liqasına layiq olmadığını bildirdiniz. Yaxşı oyunçu kimi Toral Bayramovun adını çəkdiniz. Başqa kimləri deyə bilərsiniz?
-Mən onların yaxşı oynayacağını gözləyirdim. Ümid edirəm ki, bu futbolçular özlərini daha da inkişaf etdirərlər. Sizin klublara, bölgələrə uğurlar arzu edirəm.
-Qapıçınızdan millimiz haqda məlumat almışdınız?
-Bu yoldaşlıq matçıdır. Məqsədimiz Asiya kubokuna hazırlaşmaqdır. Təbii ki, bu futbolda normaldır. Müəyyən oyunçular haqda məlumat alına bilər. Biz fikir mübadiləsi apardıq.
-Tacikistan futbolçularının Avropaya gedə bilməməsinin səbəbləri nələrdir?
-Bir məşqçinin ən böyük arzusu futbolçularının yüksək liqalarda oynamasıdır. Bundesliqa və İngiltərdə oynayan futbolçuların məşqçiləri şanslıdır. Biz oyunçularımızın xaricə çıxmasını istəyiriksə, inkişaf etməliyik. Nəticə yaxşı olmalıdır ki, gələcəkdə yüksək səviyyəli komandalarda oynasınlar.
Əlisahib İbrahimli