
2026-cı ildə əfsanəvi argentinalı futbolçu Lionel Messinin şərəfinə keçirilən gənclər turnirinin bütün iştirakçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarışın təşkilatçıları 16 komandanın hamısını açıqlayıb.
Lionel Messinin rəsmi saytının məlumatına görə, turnir 25 oktyabr - 1 noyabr tarixlərində Mayamidə keçiriləcək. Bu il turnirdə dünyanın ən məşhur 16 futbol akademiyasının U-16 komandaları iştirak edəcək.
Argentina: Boka Xuniors, Nyuells Old Boys, River Pleyt.
Braziliya: Flamenqo, Palmeyras.
Ekvador: İndependyente del Valye.
İspaniya: Atletiko Madrid, Barselona, Kornelya.
ABŞ: İnter Mayami.
İngiltərə: Arsenal, Çelsi, Mançester Siti.
İtaliya: İnter.
Niderland: Ayaks.
Portuqaliya: Benfika.
"İnter Mayami" turnirə yenidən ev sahibliyi edəcək və əsas arena sözügedən klubun stadionu olacaq. Turnir zamanı "Florida Blue" klubunun məşq mərkəzindən də istifadə olunacaq.
Təşkilatçılar həmçinin azarkeşlərin turniri olduqları yerdən asılı olaraq "Disney+", "ESPN+" və ESPN-də izləyə biləcəklərini təsdiqləyiblər. Tam oyun cədvəli və əlavə məlumatlar daha sonra açıqlanacaq.
Qeyd etmək lazımdır ki, ilk Messi Kuboku 2025-ci ildə baş tutub və səkkiz gənc komandanın iştirakı ilə keçirilib. İkinci turnirdə isə bu rəqəm ikiqat artaraq 16 komandaya çatacaq və doqquz ölkədən akademiyalar bir araya gələcək.
Mirağa