Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub. Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Cavadov PFL prezidenti Elxan Səmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər. Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. İsgəndər Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Cavadov Peşəkar Futbol Liqasının qonağı oldu
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
11:10
17.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Futbol
00:26
11.11.2026
"Barselona"nın Bakı səfərinin təfərrüatları bəlli oldu
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:39
17.11.2026
"Bir məqsədimiz var: qalib gəlmək" - Samir Məmmədov
Azərbaycan futbolu
23:07
17.11.2026
"Ümid edirəm ki, qələbə bizim olar" - "Şahdağ Qusar"ın futbolçusu
Azərbaycan futbolu
18:05
17.11.2026
"Şahdağ Qusar"la oyunda meydana qələbə üçün çıxacağıq" - Süleyman Əhmədov
Azərbaycan futbolu
17:48
17.11.2026
"Araz-Naxçıvan"ın futbolçusu Alberto Fernandes zədədən sonra məşqlərə geri döndü