
Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Birbaşa Bakı” bu gün növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, qitə turnirinə ötən gün start verən təmsilçimiz İspaniyada yarışın 2-ci günündə qüvvəsini sınayıb.
E qrupunda mübarizə aparan “Birbasha Bakı” Macarıstanın “Çikaqo Bandur” kollektivi ilə qarşılaşıb. Təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib. Qolları Mirmehdi Rzayev, Eşqin Əlizadə və Eşqin Tağıyev vurublar.
“Birbasha Bakı” qrupdakı ilk görüşündə İngiltərənin “Ardelenii” komandasını 3:2 hesabı ilə yenmişdi.
Azərbaycan klubu qrupda son oyununu bu gün Slovakiyanın “AK Real Koholiçs” kollektivinə qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.
Mirağa