
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” Bakı Kubokunun həlledici görüşlərinin vaxtı dəyişdirilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əvvəlcə sentyabrın 27-nə planlaşdırılan final oyunları ertələnib.
"Formula 1" və anım günü tədbirləri ilə bağlı yarışın son oyunları, o cümlədən bağlanış mərasimi ayın sonuna keçirilib. U-14 və U-15 yaş qrupunun mükafatçıları sentyabrın 29-u və 30-da bəlli olacaq. "CBC Sport" kanalında canlı yayımlanacaq tədbirin sonunda qaliblər, o cümlədən digər medalçılar mükafatlandırılacaq.
Qeyd edək ki, U-14 yaş qrupunun final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək, “Ulduz” və “Neftçi”nin görüşündə bürünc medalların sahibi müəyyənləşəcək.
U-15 yaş qrupunda isə final oyunu “Neftçi” və ”Ulduz” komandalarının arasında olacaq. 3-cü mükafat uğrunda EFA və ”Qarabağ” mübarizə aparacaq.
Mirağa