Almaniyanın “Bayern Münhen” klubu İspaniyanın “Barselona” komandasının futbolçusu Dani Olmonu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb. Məlumata görə, Münhen təmsilçisi 28 yaşlı hücumameyilli yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmaq üçün mümkün addımı nəzərdən keçirir. “Bayern”in bu qərarı Camal Musiala və Maykl Olise ilə bağlı digər klubların artan marağı fonunda verdiyi bildirilir. Almaniya çempionu hücum xəttində mümkün itkilərə qarşı alternativ plan hazırlayır. Klub Dani Olmonu "Leyptsiq”də çıxış etdiyi dövrdən izləyir. İspaniyalı futbolçunun transfer qiymətinin təxminən 70 milyon avro olduğu qeyd olunur. Olmo 2024-cü ildə “Leyptsiq”dən “Barselona”ya keçib. O, Almaniya klubunun heyətində keçirdiyi dörd il ərzində 29 qol vurub və 34 məhsuldar ötürmə edib. “Barselona”da isə indiyədək 20 dəfə fərqlənib və 20 asistə imza atıb. Əlisahib İbrahimli
"Bayern Münhen" "Barselona"nın ispaniyalı ulduzunu istəyir
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
09:48
11.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:24
11.11.2026
Millinin "cırtdan"la tale yüklü duelinə ön söz
Azərbaycan futbolu
17:05
11.11.2026
"Turan Tovuz" sınaq matçına çıxacaq? - AÇIQLAMA
Azərbaycan futbolu
16:46
11.11.2026
"Məğlubiyyətin səbəbi barədə nəsə deyib bəhanə gətirmək düzgün deyil" - "Şirvan"ın baş məşqçisi
Azərbaycan futbolu
16:27
11.11.2026
Cavadov komandasını 2-ci yerə yüksəldən qələbəni şərh etdi