12:43 25.09.2026 176

Elçin Usubun əvəzedicilər məntiqi

Bugünlərdə "Şamaxı" klubuna rəhbərlik edən Elçin Usub Əvəzedicilər Liqası ilə bağlı geniş açıqlama verib. Bir qədər gözlədik, dedik AFFA, PFL münasibət bildirər. Edilmədi. Ya Elçin Usub futbol funksioneri kimi ciddiyə alınmadı, ya da başları daha vacib işlərə qarışıb. 

Qayıdaq hüquqşunasın dediklərinə. Düşüncələrini əsaslandırmağa çalışan Elçin bəy, özünəməxsus məntiqini isbat etməyə çalışmaqla, o dərəcədə də məntiqsizliyə yol verib, özü-özünü təkzib edib. Klub funksioneri israr edir ki, bu liqa yarasızdı. Fikrini də "Neftçi"nin futbolçusu Rüfət Abbasovun üzərində qurub. Yəni, Əvəzedicilər Liqası yararlı olsaydı, Rüfət birbaşa əsas heyətə düşərdi. "Şamaxı" gətirdi, oynatdı, futbolçu özünü yaxşı tərəfdən göstərdi və yenidən geri qaytarıldı. 

Birincisi, "Neftçi" ilə "Şamaxı"nın iddiaları eyni deyil. İkincisi, flaqman vaxtında yetişdirdiyi oyunçusunun istedadını görməyibsə, günah özündədi. Ən əsası da, Elçin bəydən soruşmaq gərəkdi, Əvəzedicilər Liqası lazımsızdısa, Rüfət kimi futbolçular harada oynayar, özlərinə şans qazanıb "Şamaxı" kimi komandalara üz tutardılar? Elə əvəzedicilərdə özlərini göstərərək diqqət mərkəzinə düşürlər. 

Yox, Elçin Usublunun "Samaxı" klubu bundan sonra da futbolçu yetişdirmək, uşaq futboluna lazımı diqqət yetirmək fikrindən uzaqdısa, gümanı iddialı "Neftçi"nin," Sabah"ın, "Qarabağ"ın futbolçularına möhtac qalmaqdısa, bu, başqa məsələ. Axı bilirik, məlumatlıyıq, AFFA-nın klublara ayırdığı ümumi məbləğdən uşaq-gənclər futboluna aid olan 500 min manatın ciddi nəzarətə götürülməsi 5-6 klubu yaman narahat edib. Özü də o "üsyançı" klublar arasında aparıcı komandalar yoxdu, "Şamaxı" kimi məqsədi-məramı bilinməyənlər, yerini-yurdunu itirənlər, menecer-prezidentlər, klubdan qazananlardı. Heç bir iddiası olmayan belə komandalar, ayrılan pulların legionerlərə necə xərcləndiyinin açıqlamasını versəydilər, daha məntiqli olardılar. Nədənsə aşağı sıralarda vargəl edən klublar hər altıaydan, bir mövsümdən bir legionerləri dəyişməklə daha çox ad  qazanıblar. Axı vaxt var idi "Şamaxı" legionersiz oynayacağını bəyan edirdi. Çıxıb deməsinlər ki, limit aradan götürülüb artıq. "Şamaxı"nın strateji xətti limitli zamanlardan dəyişib. İnsaf naminə, Ayxan Abbasov dönəmində" Şamaxı" yerli və legioner futbolçu seçimində nümunəvi ortabablardan biri olub. Buna rəğmən, uşaq futboluna candərdi yanaşan tək şairlər yurdunu təmsil edən komanda deyil, bir çox MPL təmsilçisi bu yoldadı.

Gələk Elçin Usuba. Sponsor, kluba maliyyə gətirən, pul xərcləyən, el dili ilə deyilsə, heç futbol adamı olmayan, klubdan yararlanan klub klub rəhbərinin belə açıqlamalarla gündəmə gəlməsi yaxşı hal deyil. Bacarıq varsa, kluba əlavə sərmayə gatırilsin, sponsorlar cəlb edilsin. Yoxdusa, heç olmasa təmənnasız ayrılan pulların Şamaxı uşaqlarına, gələcəyinə xərcləməyi öyrənsin. Daha durub AFFA-ya qarşı çıxmağa dəyməz. Əvəzedicilər Liqası futbolumuzda ən lazımlı və özünü doğrultmuş azsaylı layihələrdən biridir. O başqa məsələ ki, bu yarış ildən-ilə təkmilləşməlidi...

Elçin Usub və həmkarları, AFFA-nın hər il ayırdığı pullar bir yana, ən azından son iki mövsüm "Qarabağ" və "Sabah"ın hesabına UEFA-dan aldıqları və alacaqları vəsaitin hesabatını versəydilər, futbolumuza daha faydalı olardılar...

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 Sentyabr 2026
13:56

Nigeriyalı müdafiəçi bir həftədən artıqdır ki, Azərbaycandadır

13:38

"Bu hadisə Ronaldunun nə qədər böyük ulduz olduğunu göstərir" - Kreyq Bellami

13:19

Burak Yılmaz yenidən Türkiyə Liqasında

13:01

"Şahdağ Qusar" "Mingəçevir"i sınaq matçında "kötəklədi"

12:43

Elçin Usubun əvəzedicilər məntiqi

12:24

Braziliya millisində 10 nömrəli formanın sahibi bəllidir

12:05

Kay Haverts zədələndi

11:46

Çempionlar Liqası: "Zirə" və "Birbaşa Bakı" 1/8 final oyunlarına çıxır

11:27

"Bayern Münhen" "Barselona"nın ispaniyalı ulduzunu istəyir

11:08

Ümumdünya Şahmat Olimpiadası: Kişilər Ermənistana qarşı, qadınlar isə...

10:49

Buruk iki ulduzu "sildi" - Biri alman, digəri türk

10:30

“Mingəçevir reqatası-2026”: 12 ölkədən 100-dən çox idmançı - VİDEO

10:12

"Real Madrid"in ulduzundan bəd xəbər

09:51

AÇ-2027: Azərbaycan millisi Çexiya ilə üz-üzə

09:30

Klopla Xavi debütdə sülhə razılaşdılar - VİDEO

09:00

Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı

01:51

"Real Madrid" ulduzu ilə bağlı qərarını verdi

01:08

Millətlər Liqası: Norveç 3 xalı 3 qolla qazandı, Portuqaliyadan minimal hesablı qələbə

24 Sentyabr 2026
23:58

"Sabah"ın transfer siyahısında olan ulduz bu kluba keçdi

23:27

"Bu, sadəcə başlanğıcdır" - Edqar Adilxanov

22:41

"Zirə"nin futbolçusu əməliyyat olundu

22:15

"Kəpəz"in U-14 komandası U-17 millimizi məğlub etdi

21:54

Mustafa Karaman "LANDAU Lions" komandasının məşqçisi təyin olunub

21:27

Ümumdünya Şahmat Olimpiadası: Kişilər Hindistan, qadınlar Argentina ilə heç-heçə etdi

20:58

"Liverpul"un əfsanəvi siması "Qarabağ"ın sabiq qapıçısını tənqid etdi

20:07

Mahir Emrelinin formasını geyindiyi "Rakuv"da türkiyəli məşqçi təyinatı

19:44

17 yaşlı Ohaşi dünya rekordunu yenilədi

19:07

Təmsilçimiz Çempionlar Liqasında mübarizəni dayandırdı

18:33

"Litva millisi potensial olaraq ən azı bizim səviyyədədir" - Aslan Kərimov

18:02

"İstədiyimiz kimi yaxşı oyun görməsək də, nəticədə qələbə qazandıq" - Arif Əsədov

17:43

Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq

17:26

"Məqsədimiz yalnız Birinci Liqada qalmaq deyil" - "Zaqatala"nın kapitanı inamlı danışdı

17:09

"Sumqayıt" "Mehdi Hüseynzadə"yə dönür

16:50

Seymur çempion olacaqlarına inanır: "Yaxşı başlanğıc bizi arxayınlaşdıra bilməz"

16:17

"Monako"nun hücumçusu qol sevincinə görə diskvalifikasiya edildi

15:57

"Xankəndi" baş məşqçi dəyişikliyini niyə açıqlamır? - SON DURUM

15:38

"Sabahın Ulduzları": Final oyunlarının vaxtı dəyişdi

15:19

Azərbaycanın boks millisindən Avropa çempionatında rekord nəticə

15:01

"Səbail"in sınaqçı-rəqibinin adına aydınlıq gəldi

14:42

"Turan Tovuz"un futbolçusu: "Fənərbağça" ilə matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Facebookdan bizi izləməyi unutmayın.
X