
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 8-ci turun oyununa çıxıb.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda evdə Çexiya millisi ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib.
Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb. U-21 bundan sonra səfərdə Şotlandiya (30 sentyabr) və evdə Cəbəllütariq (6 oktyabr) ilə qarşılaşacaq.
AÇ-2027
B qrupu, 8-ci tur
25 sentyabr
Azərbaycan (U-21) - Çexiya (U-21) 1:1
Qollar: E.Əhmədov, 45. - F.Lissah, 38.
Baş hakim: Aaron Odoud (İrlandiya).
Masazır. "Bank Respublik Arena".