“Qarabağ”ın futbolçuları Kadi Borges və Pedro Bikalyo meydandan kənarda da diqqətçəkən layihəyə imza atıblar. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçuların təsisçiləri və rəhbərliyində yer aldığı “Four Magic” e-idman təşkilatı CS2 səhnəsinə qayıdıb. Komandanın yenidən qurulması ilə bağlı danışan Kadi Borges qarşıdakı əsas hədəflərinin titullar uğrunda mübarizə aparacaq güclü kollektiv formalaşdırmaq olduğunu deyib. “Doğru zamanı gözlədik ki, yaxşı layihə quraq. Məqsədimiz titullar uğrunda mübarizə aparan komanda yaratmaqdır. Addım-addım inkişaf etmək və əsas turnirlərdə mübarizə aparmaq istəyirik”, – deyə Kadi bildirib. Pedro Bikalyo isə CS2-nin e-idman dünyasındakı əhəmiyyətini vurğulayıb: “CS e-idmanın ürəyidir və “Four Magic” belə vacib bir oyunda yer almalıdır. Praqa yeni komandanın özünü göstərməsi və dünyaya tanıtması üçün yaxşı fürsətdir”. Qeyd edək ki, Bikalyo “Four Magic”in CEO-su, Kadi Borges isə təşkilatın idarəçiliyində iştirak edən əsas şəxslərdən biridir. Hər iki futbolçu hazırda “Qarabağ”ın formasını geyinir. Kamil Xudiyev
"Qarabağ"ın futbolçuları meydandan kənarda bu işlə məşğuldur
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
09:41
10.11.2026
"Sumqayıt"ın legioneri yığmaya çağırıldı
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
21:14
09.11.2026
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Azərbaycan futbolu
20:50
09.11.2026
Azərbaycan millisinin heyətində dəyişiklik edildi