İsveçrə milli komandasında 2021-ci ildə COVID-19 test sertifikatlarının saxtalaşdırılması ilə bağlı qalmaqal davam edir. Fanat.Az xəbər verir ki, kapitan Qranit Cakanın ardınca hazırda MLS təmsilçisi "Atlanta Yunayted"də oynayan hücumçu Breel Embolo da oxşar ittihamla üz-üzə qalıb. İnformasiyanı jurnalist Kreyq Kinq yayıb. Məhz bu xəbərdən sonra İsveçrə Futbol Assosiasiyası 29 yaşlı hücumçunun milli komandadan kənarlaşdırıldığını və UEFA Millətlər Liqasının açılış matçlarında oynamayacağını elan edib: "Brel Embolo bizi şəxsi həyatındakı problem ilə bağlı məlumatlandırdı. Bundan sonra rəhbərlik oyunçunun əvvəlcə planlaşdırıldığı kimi, milli komandaya qoşulmayacağına və komandanın hazırkı təlim-məşq toplanışını onsuz keçirəməsinə qərar verdi". Bu ilin aprel ayında İsveçrə milli xokkey komandasının baş məşqçisi Patrik Fişer də koronavirus peyvənd sertifikatlarını saxtalaşdırdığına görə işindən məhrum edilib. Mirağa
Cakadan sonra Embolonun da başı dərddə: İsveçrə millisindən kənarlaşdırıldı
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:49
10.11.2026
"Araz-Naxçıvan"ın legioneri əməliyyat olundu
Azərbaycan futbolu
17:24
10.11.2026
AFFA Region Liqası yeni formatda start götürdü
Azərbaycan futbolu
14:50
10.11.2026
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir
Azərbaycan futbolu
12:30
10.11.2026
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur