“Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı işi yeni mərhələyə qədəm qoyub. Fanat.Az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb. Mənbənin məlumatına görə, müstəqil komissiya İngiltərə klubunu 115 mümkün maliyyə qaydası pozuntusunun 114-də təqsirli bilib. “Mançester Siti”nin apellyasiya verəcəyi gözlənilir. Klub isə prosesin hələ başa çatmadığını və işin davam etdiyini bildirib. Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”ni 2009/10–2022 /23 mövsümləri arasında maliyyə qaydalarını pozmaqda ittiham edərək işi müstəqil komissiyaya göndərmişdi. İttihamlar arasında maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, Premyer Liqanın mənfəət və dayanıqlılıq qaydalarının pozulması, UEFA-nın maliyyə qaydalarına əməl edilməməsi və klubun araşdırma ilə əməkdaşlıq etməməsi kimi məsələlər yer alıb. Müstəqil komissiyanın yekun qərarı və mümkün cəza hələ açıqlanmayıb. Premyer Liqa isə prosesin məxfi olduğunu bildirərək məsələyə münasibət verməyib. Əlisahib İbrahimli
"Mançester Siti”nin maliyyə işində şok qərar
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:49
10.11.2026
"Araz-Naxçıvan"ın legioneri əməliyyat olundu
Azərbaycan futbolu
17:24
10.11.2026
AFFA Region Liqası yeni formatda start götürdü
Azərbaycan futbolu
14:50
10.11.2026
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir
Azərbaycan futbolu
12:30
10.11.2026
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur