
Portuqaliya millisinin baş məşqçisi Jorje Jesuş Millətlər Liqasının qrup mərhələsində Norveçə qarşı keçirilən oyundan sonra Kriştianu Ronaldunun meydana çıxmamasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Jesuş bildirib ki, Ronaldu fiziki baxımdan oyuna hazır olub və onun meydana buraxılmaması taktiki qərar olub.
“Onu ikinci hissədə təxminən 30 dəqiqə oynatmaq barədə düşünürdüm. Lakin oyun başqa şeyləri diktə etdi və onun meydana çıxması üçün uyğun məqam olmadığını düşündüm. Mənə fərqli xüsusiyyətlərə malik futbolçu lazım idi. Bu, Ronaldunun seçimlərdən kənarda qalması demək deyil. Əksinə, o, hələ də seçimlərimizdədir. Ola bilsin ki, Danimarkaya qarşı o, oynasın”, – deyə Jesuş bildirib.
Əlisahib İbrahimli