
Almaniya millisinin baş məşqçisi Yürgen Klopp milli komandanın tarixində ən pis startla yadda qalıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bombardier" yayıb.
Bundestim Millətlər Liqasının ilk matçında Niderland ilə heç-heçə (1:1) edib, ikinci turda isə Yunanıstana məğlub olub (0:1).
Klopp ilk iki oyununun heç birində qalib gələ bilməyən üçüncü milli məşqçisi olub. Əvvəlki iki çalışdırıcı 1937-ci ildə uğursuz startla yadda qalan Zepp Herberger və 1965-ci ildə Helmut Şön olub. Herberger və Şön mövsümün əvvəlində iki heç-heçə ediblər və hər biri iki xal qazanıblar. Kloppun isə iki oyundan sonra cəmi bir xalı var.
Klopp yayda Bundestimin sükanı arxasına keçib.
Almaniya Millətlər Liqasının növbəti oyununda Serbiyanı qəbul edəcək. Oyun oktyabrın 1-də "Münhen Arena"da keçiriləcək.
Mirağa