Türkiyə Birinci Liqasında çempionluq uğrunda mübarizə aparan "Bursaspor" klubunun transfer gündəminə gözlənilməz bir ad daxil olub. Fanat.Az xəbər verir ki, "yaşıl-ağlar" son olaraq "Monako"da çıxış etmiş Pol Poqba ilə bağlı addım atıblar. İnformasiyanı "Fotomaç" yayıb. Hazırda azad agent statusunda olan 33 yaşlı ulduz futbolçunun "Bursaspor"a vasitəçilər tərəfindən təklif edildiyi bildirilir. Bu xəbərdən sonra Bursa təmsilçisinin Poqbanın meneceri ilə əlaqə saxladığı qeyd olunur. Baş məşqçi Mustafa Erin rəhbərliyi altında Super Liqaya yüksəlməyi hədəfləyən "Bursaspor"un potensial transferin şərtləri ilə maraqlandığı bildirilir. "Yaşıl-ağlar"ın təkcə Poqbanın yüksək səviyyəli futbol təcrübəsi ilə deyil, həm də onun komanda daxilindəki ab-havaya edə biləcəyi təsirlə maraqlandığı deyilir. Hələlik rəsmi razılaşma olmasa da, danışıqların nəticəsi böyük maraqla gözlənilir. Dopinq qadağası səbəbindən karyerasına uzun müddətli fasilə vermək məcburiyyətində qalan Poqba, cəzası başa çatdıqdan sonra 2025-ci ilin yayında "Monako" ilə ikiillik müqavilə imzalamışdı. Zədə problemləri üzündən fransız ulduz "Monako"da arzuladığı oyun vaxtını qazana bilməyib və cəmi altı dəfə meydana çıxıb. Əlisahib İbrahimli
Poqba azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:43
10.11.2026
Millimizin gənc istedadı İtaliya klubunun radarında
Futbol
00:26
11.11.2026
"Barselona"nın Bakı səfərinin təfərrüatları bəlli oldu
Milli
00:42
12.11.2026
Mahir Emreli üçün Almaniya səhifəsi bağlanır? - Polşadan rəsmi addım
Oxşar xəbərlər
Tv Afişa
10:30
16.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:09
16.11.2026
2-ci Liqa: "Qaradağ Lökbatan"la "Şirvan"ın səfər, "Zəngəzur"un ev sınağı
Azərbaycan futbolu
18:32
15.11.2026
Millinin alın təri ilə qazandığı 1,5 milyon avro barədə bir neçə söz
Azərbaycan futbolu
12:08
15.11.2026
ABL: "Landau Lions" "Gəncə"yə qarşı