Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Millətlər Liqasındakı matçda İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra açıqlama verib. Fanat.Az xəbər verir ki, informasiyanı "Habertürk" yayıb. İtaliyalı mütəxəssis ilk hissədəki performanslarını tənqid edib: “Əslində, rəqibə uyğun oynaya bilmədik. Üç gündən bir bu səviyyədə milli oyun keçirməyə öyrəşməmişik. Bu, məni məyus edir. 3:1-dən sonra daha yaxşı oynamağa başladıq və bir qolumuz da ləğv edildi. İlk yarıda fitə basılmağa layiq idik. İkinci hissədə hərəkətə keçdik, amma buna öyrəşmədiyimiz üçün çətinlik yaşadıq. Matçları analiz edərkən sakit qalmağa və futbolçuları motivasiya etməyə çalışırıq. Lakin ümumilikdə üç gündən bir bu səviyyədə oyun keçirmək vərdişimiz yoxdur”. Montella komandanın bu məğlubiyyətdən nəticə çıxaracağını da bildirib: “Bu matçdan dərs çıxaracağıq. İlk 30 dəqiqəni yaxşı analiz etməliyik. Özümüzə inamımızı itirməməliyik. Buralara biz gəlmişik və yenidən ən yaxşı şəkildə meydana çıxaraq mübarizəmizi davam etdirəcəyik”. Əlisahib İbrahimli
"Fitə basılmağa layiq idik" - Vinçentso Montella
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"