“Real Madrid”in müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində “Çelsi” və “Liverpul”dan gələn təklifləri rədd edib. Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb. Mənbənin məlumatına görə, 23 yaşlı müdafiəçiyə yay transfer dönəmində üç ciddi təklif gəlib. Bunlardan ikisinin Premyer Liqa klubları “Çelsi” və “Liverpul” tərəfindən edildiyi bildirilir. Futbolçuya Türkiyədən də maliyyə baxımından cəlbedici təklif daxil olub. Asensio isə “Real Madrid”dən ayrılmaq istəməyib. Müdafiəçinin Madrid klubunda qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmağa üstünlük verdiyi qeyd olunur. "Kral klubu” Asensionun ayrılmasına icazə verməyə hazır idi. Lakin futbolçu karyerasını "Real Madrid"də davam etdirmək qərarına gəlib. Əlisahib İbrahimli
"Liverpul" ilə "Çelsi"nin ortaq hədəfi onlara nə cavab verdi?
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:39
16.11.2026
"Ən böyük siqnal odur ki, hazırda futbolçular milliyə dəyər verirlər" - Ayxan Abbasov iradlara da münasibət bildirdi
Azərbaycan futbolu
17:45
16.11.2026
MOİK-in 3 əsas futbolçusu sıraya döndü, Nəbiyev isə...
Azərbaycan futbolu
17:27
16.11.2026
"Hövsan Yarış Kompleksi bu problemləri köklü surətdə aradan qaldıracaq" - AFFA-nın baş katibi
Azərbaycan futbolu
17:09
16.11.2026
"Bu nəticəni uğur sayırıq, çünki qoyulan hədəfə çatmışıq" - Cahangir Fərəcullayev