“Barselona”nın futbolçusu Dani Olmo yanvar transfer pəncərəsində İngiltərə klublarının maraq dairəsindədir. Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb. Məlumata görə, vasitəçilər Olmonun mümkün transferi ilə bağlı altı Premyer Liqa klubu ilə əlaqə saxlayıb. Bunlar “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”dir. Bildirilir ki, klublardan heç biri hələlik rəsmi təklif irəli sürməyib. Hazırda tərəflər mümkün transferin şərtlərini və belə bir keçidin reallaşma imkanlarını araşdırırlar. Dani Olmonun “Barselona” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Kataloniya klubu futbolçunu vacib oyunçu hesab edir, lakin uyğun maliyyə təklifi daxil olacağı təqdirdə vəziyyətin dəyişə biləcəyi qeyd olunur. Olmonun yanvar ayında komandadan ayrılıb-ayrılmayacağı qarşıdakı aylarda müəyyənləşəcək. Əlisahib İbrahimli
Altı Premyer Liqa nəhəngi "Barselona"nın ulduzunu istəyir
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"