“Real Madrid” Meksika millisinin və “Tixuana”nın 17 yaşlı futbolçusu Gilberto Mora ilə maraqlanır. Fanat.Az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb. Bildirilir ki, Mora Avropanın aparıcı klublarının diqqət mərkəzindədir. “Real Madrid”lə yanaşı, “Barselona” və "Borussiya Dortmund"un da meksikalı futbolçu ilə maraqlandığı bildirilir. Mora sentyabrın 26-da Kolumbiyaya qarşı keçirilən 1:1 hesablı yoldaşlıq oyununda Meksika millisinin heyətində ilk qolunu vurub və milli komandanın tarixində qol vuran ən gənc futbolçu olub. Futbolçunun 18 yaşı oktyabrın 14-də tamam olacaq. Bundan sonra onun Avropaya transferinin mümkünlüyünün artacağı qeyd olunur. Mora hazırda “Tixuana”da çıxış edir və klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Əlisahib İbrahimli
"Real Madrid" və "Barselona" gənc istedadla maraqlanır
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"