Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real Madrid”in hücumçusu Vinisius Juniorun hazırkı forması barədə danışıb. Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb. Ançelotti bildirib ki, Vinisius hazırda ən yaxşı formasında deyil, lakin mövsümün hələ əvvəlində olduqlarını nəzərə alaraq futbolçuya səbir göstərmək lazımdır. O, Vinisiusun optimal formada olmasa belə, oyunlara təsir edə bildiyini vurğulayıb. “Vinisiusun ən yaxşı formasında olub-olmadığını soruşursunuzsa, xeyr, hazırda belə deyil. Amma mövsümün başlanğıcıdır. Vinger ən yaxşı səviyyəsində olmasa belə, fərq yarada bilir. Bu gün də bunu göstərdi. Oyunun gedişatını dəyişən üçüncü qolda onun böyük rolu oldu. Ona görə də çox səbirli olacağam. O, buna layiqdir”, - Ançelotti deyib. Vinisius Braziliyanın Avstraliya üzərində 4:2 hesablı qələbəsində üçüncü qolun hazırlanmasında iştirak edib və komandasının dördüncü qolunu penaltidən vurub. “Real Madrid”də isə 26 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 8 oyunda cəmi 1 qol vurub. Əlisahib İbrahimli
"O, buna layiqdir" - Karlo Ançelotti
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"
Azərbaycan futbolu
17:30
13.11.2026
"Mingəçevir"i hansı mütəxəssisin çalışdıracağı bilindi