“Lill”in hücumçusu Olivye Jiru cari mövsümün peşəkar futbolçu kimi son mövsümü ola biləcəyini açıqlayıb. Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb. Məlumata görə, 40 yaşını qeyd edən fransalı forvard açıqlamasında karyerasının sonuna yaxınlaşdığını bildirib: “Futbolçu kimi düşünürəm ki, bu, çox güman, mənim son mövsümümdür. Buna görə də hər anın dadını çıxarıram.” Jiru bildirib ki, karyerasında qazandıqlarından razıdır və bundan sonra əsas məqsədi meydanda keçirdiyi hər andan zövq almaqdır. Fransalı futbolçu “Lill”ə 2025-ci ildə keçib. O, daha əvvəl “Arsenal”, “Çelsi”, “Milan” və “Los-Anceles”də çıxış edib. Jiru 2018-ci ildə Fransa ilə dünya çempionu olub, həmçinin 2021-ci ildə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub. Jiru Fransa millisinin heyətində 137 oyun keçirib və 57 qol vurub. O, 2024-cü ildə milli komandadakı karyerasını başa vurub. Əlisahib İbrahimli
"Son mövsümüm ola bilər" - Olivye Jiru
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"
Azərbaycan futbolu
17:30
13.11.2026
"Mingəçevir"i hansı mütəxəssisin çalışdıracağı bilindi