
Bu gün saat 22:30-da səfərdə Azərbaycan və Şotlandiya U21 yığmaları qarşılaşacaq.
Millimizin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Hal-hazırda Şotlandiyanın növbəti mərhələyə çıxmaq şansı var və bu oyun bizim üçün ikiqat çətin olacaq. Həm səfərdə oynayırıq, həm də rəqib üçün bu üç xal çox vacibdir. Ona görə düşünürəm ki, millimizin Çexiya ilə matçda qazandığı bir xaldan sonra özünə inamı artmalıdır və bu amil səfər oyununda da komandamıza kömək etməlidir. Təbii ki, oradan qazanılan bir xal belə aktivimizə yazılar. Çünki strateji baxımdan növbəti mərhələyə çıxmaq şansımız çox azdır. Buna görə də, qazanılan hər bir xal aktivimizə yazılmalıdır. Amma yenə də deyirəm ki, bizi çox çətin bir oyun gözləyir."
Əlisahib İbrahimli