Dünən 2-ci Liqanın 5-ci turu başa çatdı. Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb komandaların performansı ilə bağlı fikirlərini öyrəndik. Onun Fanat.Az -a açıqlaması belə oldu: "İkinci Liqanın 5-ci turunda görüşlər necə gözlənilirdisə, elə də keçdi. İlk "beşlik"də olan komandaların heç biri xal itirmədi, hamısı qələbə qazandı. Yəni qeyri-adi və gözlənilməz bir nəticə qeydə alınmadı. Lakin sürpriz sayıla biləcək məqam o oldu ki, birincilik uğrunda mübarizə aparan komandaların bir çoxu "altılıq"dan aşağıda olan rəqibləri ilə oyunlarda yenə də qol buraxdılar. "Hypers" və "Marafon"dan başqa bütün komandaların matçları qarşılıqlı qollarla nəticələndi. Bu da o deməkdir ki, çempionluğa oynayan, iddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var. Bu turun ən maraqlı oyunlarından biri "Qaradağ Lökbatan" - "Difai" matçı idi. "Qaradağ Lökbatan" hesabı bərabərləşdirsə də, "Difai" oyunu öz xeyrinə çevirməyə nail olmuşdu. Lakin "Qaradağ Lökbatan"ın təcrübəli futbolçularının hesabına gözlənilməz bir hal baş vermədi və onlar qələbə qazandı. Təxminən 80-ci dəqiqədən sonra qələbə toplarını ard-arda vuraraq qalib gəldilər. "Ağstafa Gəncləri" - "Ağdaş" qarşılaşmasına da baxdım, maraqlı oyun keçdi. Burada hesab fərqli ola bilərdi. "Ağstafa Gəncləri"ndə həqiqətən də təcrübəli və texnikalı futbolçular var, lakin onlara yaxşı futbol oynamağa əsasən meydan imkan vermir. "Ağdaş"la oyunda da bu məqam aşkar göründü. Qonaq oyunçuları da meydanın vəziyyəti səbəbindən bir neçə imkanı qola çevirə bilmədilər. Bu matçda "Ağstafa Gəncləri" qələbə qazanmalı idi və yekunda qazandı. Qarşılıqlı hücumlarla zəngin maraqlı oyun oldu, yalnız meydan daha çox qol vurmağa imkan vermədi. Turun ən maraqlı oyunlarından biri "Şəmkir" - "Şirvan" oyunu oldu. Birinci növbədə onu deyərdim ki, bu oyunda bəlkə də turun, hətta ayın ən gözəl qolları vuruldu. "Şirvan" komandası "Şəmkir" qarşısında çətinlik çəkdi. Bunun əsas səbəbkarlarından biri "Şəmkir"in qapıçısı idi. Elçin Qasımov əlindən gələn çox şeyi etdi ki, həmin oyunda "Şəmkir" məğlub olmasın. Lakin "Şirvan"ın təcrübəli futbolçularının vurduğu gözəl qollar qarşısında Elçin də aciz qaldı, çünki demək olar ki, "doqquzluğ"a gedən toplar vuruldu. "Şirvan" qələbə qazanmağı bacardı. "Şəmkir" bu görüşdə qalib gələ bilərdi, sadəcə ilk qolu buraxandan sonra ard-arda iki dəfə də topu tordan çıxarmalı oldu və uduzdu. "Dinamo" - "Marafon" qarşılaşmasını maraqla gözləyirdim, çünki birincilər bu tura qədər çox yaxşı çıxış etmişdi. Təəssüf ki, bu oyunda məğlub oldular. "Marafon"a kölgə salmaq istəmirəm, onların təcrübəli futbolçuları var və onlar bu gün İkinci Liqada ən iddialı komandalardan biridir. Lakin "Dinamo"nun 0:3 hesabı ilə məğlub olacağını gözləmirdim. Digər komandalarda isə qeyri-adi bir şey olmadı. "Hypers" və "Zəngəzur" qələbələrini qazandılar. Demək olar ki, çempionluq uğrunda mübarizə aparan bütün komandalar qalib gələrək turnir cədvəlindəki mövqelərini möhkəmləndirdilər və 5-ci yerdən aşağıda olan komandalarla xal fərqini artırmağa davam edirlər". Əlisahib İbrahimli
"İddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var" - Qəzənfər Abbasov
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Milli
00:43
10.11.2026
Millimizin gənc istedadı İtaliya klubunun radarında
Futbol
00:26
11.11.2026
"Barselona"nın Bakı səfərinin təfərrüatları bəlli oldu
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:32
15.11.2026
Millinin alın təri ilə qazandığı 1,5 milyon avro barədə bir neçə söz
Azərbaycan futbolu
12:08
15.11.2026
ABL: "Landau Lions" "Gəncə"yə qarşı
Azərbaycan futbolu
11:49
15.11.2026
UEFA Millətlər Liqası: Fransa Türkiyəni, Belçika İtaliyanı qəbul edir
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA