Tanınmış misirli yarımmüdafiəçi Məhəmməd Elneninin yeni klubu bəlli olub. Fanat.Az xəbər verir ki, Yunanıstanın "Levadiakos" klubu onun transferini elan edib. Bu barədə klubun sosial media hesabında məlumat yayılıb. Elneni BƏƏ-nin "Əl-Cəzirə" klubundan ayrıldıqdan sonra azad agent idi. Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Levadiakos" hələlik müqavilənin detallarını açıqlamayıb. 34 yaşlı futbolçu karyerası ərzində İsveçrənin "Bazel", London "Arsenal"ı və Türkiyənin "Beşiktaş" komandalarında oynayıb. "Transfermarkt" onun hazırki bazar dəyərini 1,2 milyon avro qiymətləndirir. Elneni yeni komandasında ilk oyununu 11 oktyabrda, "Levadiakos"un çempionatda "İraklis"lə qarşılaşacağı oyunda keçirə bilər. Mirağa
Sabiq "Beşiktaş"lı Avropaya qayıtdı
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi
Azərbaycan futbolu
15:40
14.11.2026
Yoxlama matçında bərabərlik
Tv Afişa
10:50
14.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"