Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar. Fanat.Az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar. Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib. Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər. Beynəlxalq Autizm Mərkəzinin şagirdləri komandamızın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər. Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı oldu
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
10:12
26.11.2026
"Çox istəyirik ki, "Karvan"a qalib gələk" - Samir Məmmədov
Tv Afişa
10:09
26.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:48
26.11.2026
1-ci Liqa: Dövrənin son turuna liderlər start verir
Azərbaycan futbolu
09:00
26.11.2026
Kapitan "Mingəçevir"i yenəcəklərinə inanır