
"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasının heyətində nümayiş etdirdiyi performansla diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Qazaxıstan yığmasının baş məşqçisi Con van't Sxip təcrübəli qolkiperin UEFA Millətlər Liqasındakı çıxışını yüksək qiymətləndirib.
Niderlandlı mütəxəssis Pokatilovun oyununu dəyərləndirərkən deyib: "Stas iki çox yaxşı oyun keçirdi və əla seyvlər etdi".
Baş məşqçi növbəti matçda çərçivəni kimin qoruyacağı ilə bağlı son qərarı bu qarşılaşmaların təhlilindən sonra verəcəklərini vurğulayıb.