Bu gün UEFA Millətlər Liqasında 3-cü tur start götürəcək. Fanat.Az xəbər verir ki, turun ilk günündə 8 oyun baş tutacaq. Açılış oyunu ölkəmizdə təşkil olunacaq. D Liqasında mübarizə aparan Azərbaycan millisi Bakıda Lixtenşteyn yığması ilə qarşılaşacaq. D Liqasında daha bir matç Malta ilə Cəbəllüttariq arasında olacaq. Digər görüşlərə gəlincə, A Liqasının 2-ci qrupunda Almaniya Serbiya seçməsi ilə, Yunanıstan isə Niderland ilə üz-üzə gələcək. A Liqasının 4-cü qrupunda Danimarka Portuqaliya millisi ilə, Uels isə Norveç yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Bundan başqa, B Liqasının 3-cü qrupunda İrlandiya – Avstriya və İsrail – Kosovo matçları baş tutacaq. UEFA Millətlər Liqası Qrup mərhələsi, 3-cü tur 1 oktyabr D Liqası, 2-ci qrup 20:00. Azərbaycan – Lixtenşteyn Xal durumu: Litva - 4 (2 oyun), Azərbaycan - 1 (1 oyun), Lixtenşteyn - 0 (1 oyun). A Liqası, 2-ci qrup 22:45. Almaniya – Serbiya 22:45. Yunanıstan – Niderland Xal durumu: Yunanıstan - 6, Niderland - 4, Almaniya - 1, Serbiya - 0. A Liqası, 4-cü qrup 22:45. Danimarka – Portuqaliya 22:45. Uels – Norveç Xal durumu: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0. B Liqası, 3-cü qrup 22:45. İrlandiya – Avstriya 22:45. İsrail – Kosovo Xal durumu: Avstriya - 6, Kosova - 3, İrlandiya - 3, İsrail - 0. D Liqası, 1-ci qrup 22:45. Malta – Cəbəllüttariq Xal durumu: Malta - 3 (1 oyun), Cəbəllütariq - 1 (1 oyun), Andorra - 1 (2 oyun).
Millətlər Liqası: 3-cü tur start götürür
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Milli
00:43
10.11.2026
Millimizin gənc istedadı İtaliya klubunun radarında
Futbol
00:26
11.11.2026
"Barselona"nın Bakı səfərinin təfərrüatları bəlli oldu
Oxşar xəbərlər
Azərbaycan futbolu
12:08
15.11.2026
ABL: "Landau Lions" "Gəncə"yə qarşı
Azərbaycan futbolu
11:49
15.11.2026
UEFA Millətlər Liqası: Fransa Türkiyəni, Belçika İtaliyanı qəbul edir
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
21:14
14.11.2026
"Şahdağ Qusar" "Şəfa"nı üstələdi