
Azərbaycan 2-ci Liqasının lideri "Şirvan" yeni oyunçu ilə anlaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə klubu vinger Cəlal Cəbrayılovu transfer etməyə yaxındır.
"Şirvan" 24 yaşlı futbolçularla razılığa gəlib və onu qeydiyyatdan keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib. Qeyri-adi nəsə baş verməsə, son klubu "Mingəçevir" olan Cəlal bundan sonra 2-ci Liqa təmsilçisinin uğurları üçün çalışacaq.
Daha əvvəl "Sumqayıt", "Zaqatala", MOİK klublarında da çıxış etmiş Cəbrayılov 2023/2024 mövsümündə "Şamaxı"nın heyətində 1-ci Liqanın qalibi olub.
"Şirvan" 5 turdan sonra 15 xalla 2-ci Liqanın vahid lideridir. Pərviz Bayramovun baş məşqçisi olduğu komanda 6-cı turda "Difai"ni qəbul edəcək.
Mirağa