İngiltərə millisinin müdafiəçisi Niko Orayli zədə səbəbindən Millətlər Liqasının son oyunlarından kənarda qalıb. Fanat.Az xəbər verir ki, sol cinah müdafiəçisi İspaniyaya qarşı (2:3) bütün matçda oynasa da, Tomas Tuxelin komandasının Çexiya üzərində 2:0 hesablı qələbəsini qaçırıb. O, artıq tibbi müayinədən keçmək üçün klubunun düşərgəsinə - "Mançester Siti"yə qayıdıb. Məlumatı millinin mətbuat xidməti yayıb. Oraylinin şənbə günü Xorvatiya ilə səfər oyununu və gələn çərşənbə axşamı Çexiya ilə cavab matçını buraxacağı dəqiqdir. Məşqçilər heyəti zədəli müdafiəçinin yerinə başqa oyunçu çağırmamaq qərarına gəlib. Son oyunda müdafiənin cinahında "Nyukasl"dan Lyuis Holl çıxış edib və keçmiş klub komanda yoldaşı Entoni Qordonla əla tandem yaradıb. Mirağa
Orayli İngiltərə millisindən ayrıldı
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
11:10
17.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:42
12.11.2026
Mahir Emreli üçün Almaniya səhifəsi bağlanır? - Polşadan rəsmi addım
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:39
17.11.2026
"Bir məqsədimiz var: qalib gəlmək" - Samir Məmmədov
Azərbaycan futbolu
23:07
17.11.2026
"Ümid edirəm ki, qələbə bizim olar" - "Şahdağ Qusar"ın futbolçusu
Azərbaycan futbolu
18:05
17.11.2026
"Şahdağ Qusar"la oyunda meydana qələbə üçün çıxacağıq" - Süleyman Əhmədov
Azərbaycan futbolu
17:48
17.11.2026
"Araz-Naxçıvan"ın futbolçusu Alberto Fernandes zədədən sonra məşqlərə geri döndü