
Azərbaycan Premyer Liqasında milli komandalara görə fasilə oktyabrın 9-da başa çatır. İki həftəlik aradan sonra baş tutacaq Misli Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"un rəqibi "Şəfa" olacaq. Fasilə dönəmində "Fənərbağça" ilə yoxlama oyunu (0:2) keçirən qərb təmsilçisinin matçdan öncə son durumu bəlli olub.
Bu barədə Fanat.Az-a "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev məlumat verib.
Heyətdə cəzalı futbolçu yoxdur. "Fənərbağça" ilə matçdan sonra iki günlük istirahətə buraxılan kollektiv sabahdan məşqlərə başlayacaq. Komandada zədəlilərin olmaması məşqçilər korpusunu sevindirir.
Qeyd edək ki, "Şəfa" - "Turan Tovuz" matçı 11 oktyabrda baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli