Azərbaycan millisinin üzvü Rövşən Hüseynli Qazaxıstan futzal çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, təcrübəli qolkiperin çıxış etdiyi “Atırau” komandası 16-cı tur çərçivəsində "Kaspi" ilə qarşılaşıb.
İlk görüşdə bu komandaya 1:0 qalib gələn Rövşənin komandası ötən gün yenə minimal hesablı qələbəyə sevinib - 4:3. Hüseynli bu görüşdə komandasını bir neçə yüzfaizli qoldan xilas edib:
Beləliklə, "Atırau" xallarını 18-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.