Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov Bosniya və Herseqovinaya gedə bilməyəcək. Buna səbəb 49 yaşlı mütəxəssisin səhhətində problem yaranmasıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Əzimov ürəyindən əməliyyat olunacaq. Ürəyinin əsas damarı tutulduğundan, həkimlər stendi riskli hesab ediblər. Beləliklə, o, bu həftə açıq ürək əməliyyatına girəcək.
Aqressiv xarakterli mütəxəssis olan Əzimovun gələcəkdə millini çalışdırıb-çalışdıra bilməyəcəyi sual doğurur. Qeyd edək ki, millimizin sabiq kapitanı 2018-ci ildən U-19-u çalışdırır.
Mirağa