12:17 14.03.2023 313

"Ağatahirin komandanın üzərində əziyyəti böyükdür" -  İlqar Aslanov

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına rəhbərlik edən, eləcə də komandanı rəsmi oyunlara çıxaracaq baş məşqçi İlqar Aslanov millinin hazırlığını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, səhhətində problem yaranan U-19-un baş məşqçisi Ağatahir Əzimovu əvəz edəcək təcrübəli mütəxəssis futzal federasiyasının mətbuat xidmətinə danışıb:

“Əvvəlcə Ağatahir Əzimova Allahdan şəfa diləyirəm. Tez sağalsın, onu gözləyirik. Komanda üzərində əziyyəti böyükdür. 

Toplanış həm komanda, həm də mənim üçün faydalı oldu. Qısa vaxt ərzində həm oyunçuları tanımalı, axsayan tərəflərimizi düzəltməli, həm də istifadə edəcəyimiz taktiki gedişlər və standart vəziyyətlər üzərində işləməli idik. Bir həftəlik təlim-məşq toplanışı bu baxımdan işimizə yaradı. Martın 16-da Azərbaycan kubokunun 1/8 final mərhələsində “Alyans”la qarşılaşacağıq. Bu rəsmi oyunlar öncəsi keçirəcəyimiz sonuncu matç olacaq”.

U-17-nin baş məşqçisi olan və zərurətdən 19 yaşlılara başçılıq edən Aslanov futzalçıların istəkli olduğunu da qeyd edib: “Oyunçular istəklidirlər, həvəslə hazırlaşırlar, verilən tapşırıqları maksimum dərəcədə icra etməyə çalışırlar. Bu yarış onlar üçün ilk beynəlxalq təcrübə olacaq. Əlbəttə, ölkəmizi ən yaxşı tərəfdən təmsil etməyə çalışacağıq. Toplanışa 14-15 futzalçı dəvət etsək də, səfərə onlardan 12-ni – 2 qapıçı, 10 oyunçu - aparacağıq. Artıq seçim etmişik. Yüngül zədəsi olan 1-2 futzalçımız var, onlar da 1-2 məşq buraxacaqlar”.

İlqar Aslanov rəqiblər haqda da fikrini bölüşüb: “Rəqiblərimizdən Fransa və Bosniya və Herseqovinanın oyunlarını izləmişik. Hər iki komanda mini-turnirə yaxşı hazırlaşıb, heyətlərində keyfiyyətli futzalçılar yer alıb. Yunanıstan haqda isə hələ kifayət qədər məlumatım əldə etməmişik. Amma onlarla sonuncu matçda qarşılaşacağımıza görə, rəqibimizi Bosniya və Herseqovinadakı oyunlar zamanı da izləmək fürsətimiz olacaq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X