Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək.
Xatırladaq ki, ötən gün baş tutan ilk oyunda da meydan sahibləri 4:3 hesabıyla qalib gəlmişdilər.