20:22 23.11.2023 521

Liderdən minimalhesablı qələbə

Futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, ilk matçda liderlə ən yaxın izləyicisi qarşılaşıb.

Ötən tur “Neftçi”yə məğlub olan “Araz-Naxçıvan”ın həm də iki üzvü cəzalı duruma düşmüşdü. Lukas Romao və Emin Kürdov qırmızı vərəqə aldığına görə, komandasına kömək edə bilmirdi. Katatau isə əvvəlki turlarda analoji vəziyyətlə qarşılaşmışdı. Hesabı lider açdı. 10-cu dəqiqədə Dannilo rəqib torunu silkələdi. “Qırmızı-ağlar” fasiləyə qədər üstünlüyünü 2 topa çatdırdı. Amadeu adını tabloya yazdırdı. İkinci hissəyə də “Araz-Naxçıvan” qolla başladı. Bu dəfə Orucun avtoqolu işə yaradı. Düzdür, Baxşəlizadə 1 dəqiqə sonra rəqib qapısına da yol tapdı. Amma fərqin növbəti dəfə artması üçün çox gözləməyə ehtiyac qalmayıb. Amadeu dubl müəllifi oldu. Oyunun başa çatmasına 5 dəqiqə qalmış “Baku Fire” azlıqda qaldı. Fərid Ələkbərov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı tərk edib. Amma son çempion say üstünlüyündən yararlana bilmədi. Əksin, sonuncu dəqiqədə 2 qol vurmaqla fərqi minimuma endirdi.

Ötən tur “Araz-Naxçıvan”ı məğlub edən “Neftçi” bu dəfə “Record”la üz-üzə gəlib. Fasiləyə qədər 4 cavabsız top vuran “ağ-qaralar” üstünlüküyün ikinci hissədə də davam etdirib. Qazanılan 3 xal “Neftçi”ni ikinci pilləyə yüksəldib.

Turun son oyunu daha gərgin keçib. “Yasamal Bakı” birinci hissədə üstünlük qazansa da, ikinci hissədə gənclər hesabı bərabərləşdirməklə kifayətlənmədi, bir neçə dəfə önə keçdi. Yekunda isə xallar yarı bölündü. Bu komandaların birinci dövrədəki oyununda da qalib müəyyənləşməmişdi.

Yüksək Liqa
8-ci tur
23 noyabr

“Baku Fire” – “Araz-Naxçıvan” 3:4
Qollar: Oktay Rüstəmli, 23:20; 38:36. Kənan Manafov, 39:56 - Erik Dannilo, 9:15. Amadeu, 11:24; 26:23. Oruc Baxşəlizadə, 22:07-öz qapısına.
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

“Neftçi” İK – “Record” 8:1
Qollar: Reza Abgoun, 2:06; 31:16; 38:58. Amir Şocaei, 8:36; 16:05. Əjdər Əjdərov, 19:49; 26:44. Ülvi Əliyev, 38:40 - Poriya Khişavangi, 35:54.
Hakimlər: Hacıəli Ağayev, Anar Fərəcov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

“Yasamal Bakı” – U-19 9:9
Qollar: Anar İsayev, 5:01. Rüstəm Bağırov, 8:07; 30:24. Adil İsmayılov, 9:00; 38:05. Emil İskəndərov, 11:09. Tofiq Məlikov, 13:56. Ayxan Məmmədov, 29:35. Qüdrət Qasımzadə, 37:00-öz qapısına - Qüdrət Qasımzadə, 11:39; 36:00. İlham Alıyev, 12:48; 17:46; 26:21, Bəyoğlan Vəlizadə, 21:56; 29:53; 30:55; Rüfət Məmmədli, 24:00.
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Əli Cəbrayılov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X