Futzal üzrə Yüksək və Birinci liqalarda iştirak edən klublar üçün qış "transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı federasiyasnın mətbuat xidməti yayıb.
"Pəncərə" gələn il yanvarın 6-də açılacaq. Komandalar yeni transferlərini fevralın 6-ı, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.