22:46 28.02.2025 239

PFL Azərbaycan Kubokunun finalına belə vəsiqə qazandı - VİDEO

Futzal üzrə Azərbaycan kubokunda yarımfinal matçları keçirilib. 

Fanat.Az xəbər verir ki, ilk oyunda futzal üzrə yüksək liqa komandaları “Araz Naxçıvan” və “Neftçi” İK qarşılaşıb. 
Bu qarşılaşmada 5-3 hesabıyla üstün olan “Araz Naxçıvan” finala vəsiqə qazanıb. 

Sürpriz nəticə isə digər oyunda qeydə alınıb. Futzal üzrə 1-ci Liqada çıxış edən Peşəkar Futbol Liqasının komandası 19 yaşlılardan ibarət millimizlə üz-üzə gəlib. Hal-hazırda 1-ci Liqanın lideri olan PFL uğurlu oyunlarına ölkə kubokunda da davam edib. Gənclər yığmamız üzərində 4:0 hesablı qələbə PFL-i finala daşıyıb. 
Beləliklə, finalda PFL və “Araz-Naxçıvan” qarşılaşacaq. 

Xatırladaq ki, Peşəkar Futbol Liqasının futzal komandasının baş məşqçisi PFL prezidenti Elxan Səmədovdur. 2023-cü il dekabrın 16-da Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri əlaqədar Xankəndi şəhərinə səfər edərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində PFL-in rəhbər heyətinin yer aldığı avtomobil qəzaya uğramışdı. Bu qəzaya qədər Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Hazırda onu oyunlar zamanı Yaşar Qasımov əvəzləyir. 



Elxan Səmədov komandasının finala çıxması ilə bağlı təəssüratlarını bölüşüb: “İllər öncə yaşadığım sevinci təkrarlamaq ikiqat xoş oldu. O vaxt da oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Bu oyuna çox ciddi hazırlaşırdıq. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Buna görə də oyunu müdafiədən qurmağa və onları əks hücumda tutmağa qərar verdik. Təcrübə sözünü dedi və taktikamız uğurlu alındı. Komandamız uzun illərdir bir yerdə oynayır və hər kəs bir-birini yaxşı başa düşür. Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, matç ağır keçdi. Azərbaycan futzalının siması olan “Araz Naxçıvan”la final oynamaq fəxrdir və artıq bizim üçün böyük uğur sayıla bilər”.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

Facebookdan bizi izləməyi unutmayın.
X