Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli sabiq komandası “Araz-Naxçıvan”a dönüb.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib:
"Rövşənlə münasibətləri rəsmiləşdirdik. Onunla 1 mövsümlük müqavilə imzalandı.
Hüseynlidən başqa, heyətə daha iki yerli oyunçu cəlb etmişik. "Neftçi" İK-dən Mirzə Əmirovu götürdük. Bir də "Yeni Yasamal"da icarədə olan Qüdrət Qasımzadəni qaytardıq".
Qeyd edək ki, Rövşən Hüseynli son olaraq Qazaxıstan təmsilçisi “Astana”da çıxış edib.