
UEFA Çempionlar Liqasının 1/8 finalında Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” pley-off matçına əvvəlki heyətlə hazırlaşacaq.
Bunu Fanat.Az-a klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.
Təmsilçimiz oyuna ciddi itkilərlə hazırlaşsa da, rəhbərlik yeni transferə ehtiyac duymur:
"Doğrudur", Bakıdakı ilk matçda 3 oyunçunun xidmətindən məhrumuq. Valerio Giovanny, Aleks Teyxeyra və Karlos Bertuola sarı vərəqə cəzalısıdır. Legionerlərimiz komandalar arasındakı ilk görüşü buraxacaqlar. Buna baxmayaraq, yeni transfer planlaşdırılmır. Baş məşqçiyə məlumat verilib, vəziyyət izah olunub. Yevgeni Kukseviç Səudiyyə Ərəbistanında idi, bu gün düşərgəyə qayıdır. Gəldikdən sonra onunla görüşüb bu barədə müzakirə aparacağıq".
Qeyd edək ki, "Benfika" ilə 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.
Mirağa