
Azərbaycan Yüksək Liqasının son qalibi "Araz-Naxçıvan"da "yarpaq tökümü" davam edir.
Klubun vitse-prezidenti Mahmud Sadıqovun Fanat.Az-a verdiyi məlumata görə, komandadan daha bir futzalçı ayrılıb.
Naxçıvan təmsilçisi braziliyalı hücumçu Luicci Lonqo yola salınıb. Onlarla müddəti bitən müqavilə yenilənməyib.
Xatırladaq ki, "Araz-Naxçıvan" daha öncə Jan Karlos, Elan Delon, Filip Avila, Aleks Rezende və Rövşən Hüseynli yolları ayırmışdı.
Mirağa