Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Fanat.az xəbər verir ki, yığmamız Moldovanı qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Oyun azarkeşlər və media üçün qapalı olub.
Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edib. Bratislavadakı oyun 6:0 hesabıyla başa çatıb.
İlk 3 oyunda maksimum nəticə göstərən yığmamız 9 xalla qrup liderliyini davam etdirir. Slovakiya ilə Moldovanın hərəyə 4 xalı varsa, qələbə görməyən Yunanıstan sonuncudur.
Azərbaycan – Moldova - 5:1
Qollar: Fineo, 7. R.Fərzəliyev, 14. H.Ahmadi, 15. Bolinya, 27; 40 - S.Takot, 26.
Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan)
Bakı İdman Sarayı
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 19. Cavad Məmmədov (q), 3. Bolinya, 5. Amir Şocaei, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 16. Fineo De Arauxo.
Baş məşqçi: Joze Alesio Da Silva.
Moldova: 1. Oleq Çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Busatı.