19 yaşadək futzalçılar arasında təşkil edilən sayca ikinci Avropa çempionatının püşkatma tarixi dəyişdirilib.
Fanat.az xəbər verir ki, UEFA əvvəlcə tədbirin iyulun 7-də baş tutacağını açıqlasa da, dünən ancaq UEFA Çempionlar Liqasınin ilkin mərhələsində mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb.
Qitənin ali futbol qurumu U-19-ların püşkatmasını avqustun 30-na təyin edib. Beləliklə 19 yaşadək futzalçılardan ibarət millimizin rəqibləri avqustun 30-da müəyyənləşəcək.
Bu turnirin ilkin mərhələsi bu il noyabrın 2-7-si aralığında keçiriləcək. Əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 martda, həlledici görüşləri isə 3-10 sentyabrda baş tutacaq. Final mərhələsinə İspaniya ev sahibliyi edəcək.
Mirağa